SON XƏBƏRLƏR

İranın Məşhəd şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Məşhəd şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib. Məhkum üç gün əvvəl edam olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl küçədə baş verən bir davada bıçaq zərbələri ilə bir gəncin ölümünə səbəb olan 28 yaşlı məhkum, noyabrın 17-si sübh saatlarında Məşhədin mərkəzi zindanında dara çəkilib. Edam edilən məhkumun adı mediaya açıqlanmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar