SON XƏBƏRLƏR

İranın Məşhəd şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Məşhəd şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranın Məşhəd şəhərində qətldə günahlandırılan daha 1 məhkum edam edilib. Ölüm hökmü bir həftə əvvəl yerinə yetirilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, adı mediaya açıqlanmayan gənc məhkum, beş il əvvəl ailədaxili bir məsələ ətrafında aralarında baş verən mübahisədən sonra 35 yaşlı xalası qızınının qətlində günahlandırılıb. Məhkum, yanvarın 14-ü sübh saatlarında Zindanın mərkəzi zindanında dara çəkilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar