SON XƏBƏRLƏR

İranın Məşhəd şəhərində daha 6 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Məşhəd şəhərində daha 6 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda silahlı quldurluqda günahlandırılan daha 6 nəfər edam edilib. Edamlar üç gün əvvəl həyata keçirilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, adları mediaya açıqlanmayan 6 müttəhim, avqustun 18-i sübh saatlarında İranın Məşhəd şəhəri həbsxanasının zirzəmisində dara çəkilib. Məşhəd prokurorunun müavini qazi (hakim) Heydəri jurnalistlərə açıqlamasında bildirib ki, edam edilən şəxslər 2015-ci ildə Məşhədin hava limanı bulvarında bir neçə qızıl tacirinin mallarını daşıyan avtomobilə silahlı basqın etməkdə və 10 kiloqramlıq qızılı oğurlamaqda təqsirli bilinib.

 

Qazi Heydəri, dara çəkilənlərin məhkəmə prosesi barədə hər hansı bir açıqlama verməyib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar