SON XƏBƏRLƏR

İranın Məşhəd və Babol şəhərlərində daha 2 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Məşhəd və Babol şəhərlərində daha 2 nəfər dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 2 nəfər dara çəkilib.  

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl Şimali Xorasan əyalətinin Faruc şəhərində baş vermiş kütləvi bir davada qətl törədən və adı mediaya açıqlanmayan 30 yaşlı məhkum, aprelin 22-si sübh saatlarında Məşhəd şəhərinin zindnında dara çəkilib.

 

Həmçinin dörd il yarım əvvəl eyni ittihamla həbs edilərək ölüm hökmü alan və adı açıqlanmayan daha 1 məhkum, aprelin 24-də Babol həbsxanasında dar ağacından asılıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar