SON XƏBƏRLƏR

İranın Məşhəd və Kərəc şəhərlərində biri qadın olmaqla daha 2 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Məşhəd və Kərəc şəhərlərində biri qadın olmaqla daha 2 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranın Məşhəd və Kərəc şəhərlərində qətldə günahlandırılan daha 2 nəfər edam edilib. Edam edilənlərdən biri qadındır.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl ailədaxili ixtilaflara görə ərini qətlə yetirən Sara adlı 35 yaşlı məhkum ötən həftə Məşhəd şəhərinin həbsxanasında dara çəkilib. Məhkum, son anda göstərilən bütün cəhdlərə baxmayaraq, ərinin valideynləri onu bağışlamaqdan imtina edərək, ölüm hökmünün icrasına israr etməsindən sonra edam edilib.

 

Qətl ittihamı ilə yanvarın 14-ü sübh saatlarında bir məhkum da Kərəcin Rəcayişəhr zindanında dara çəkilib. 25 yaşlı Saman adlı məhkum, üç il əvvəl Məşhəddə naməlum səbəbə görə küçədə baş verən bir davada qətl törətməkdə təqsirli bilinib.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar