SON XƏBƏRLƏR

İranın Millət Bankının sabiq icraçı direktoru maliyyə fırıldaqçılığına görə həbs edilib

2021.10.20, 07:36
İranın Millət Bankının sabiq icraçı direktoru maliyyə fırıldaqçılığına görə həbs edilib

Gunaz.tv

GünAz TV: İranın Millət Bankının sabiq icraçı direktoru Əli Divandəriyə qarşı sürülmüş ittihamlar üzrə 24-cü məhkəmə prosesi keçirilib.

 

Məhəmməd Müvəhhidin sədrliyi ilə keçirilən prosesdə sabiq icraçı direktor məhkəmə zalında həbs edilib. Hakimin dediklərinə əsasən, bundan öncə o, 5 milyard, digər müttəhim Hüseyn Əbülhəsəni isə 1 milyard 700 milyon tümənlik mülki vəsiqə ilə şərti azadlıqda idilər.

 

İclas zamanı prokurorluq nümayəndəsi Əli Divandəri, Məcid Səadəti, Bəhruz Muxtari, Rəhmətullah Baxtəri, Mehdi Fəllahətiyan, İsmayıl Əhədi, Səmanə Həzrəti Aştiyani, Vəhid Namazi və Hüseyn Əbülhəsəninin cinayətkar qruplaşma yaradaraq, Millət Bankında 105 milyon, Parsiyan Bankında isə 60 milyon dollar mənimsəməklə, ümumilikdə 165 milyon dolları qanunsuz yollarla ələ keçirdiklərini bəyan edib.

 

Divandərəyə qarşı həmçinin xarici şirkətlərdən birinə aylıq 52 min dirhəm qarşılığında konsultasiya verdiyi üçün də ittihamlar irəli sürülüb. Prokurorluq nümayəndəsi Divandərənin Babək Zəncaninin cinayət əməllərində də əli var və buna görə də ona qarşı əlavə ittihamlar irəli sürülüb.

 

Ötən məhkəmə iclaslarında İranın ETTELAAT naziri Mahmud Ələvinin damadı Əhsan Səxxayinin adı da banka borclulardan birinin brokeri qismində hallanmışdı.

 

Eləcə də, bundan öncəki məhkəmə iclasında hakim məhkəmə sisteminin rəhbərinin sabiq müavini Əkbər Təbərinin cinayət işini aparan müstəntiqə qarşı təzyiq göstərdiyini demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar