SON XƏBƏRLƏR

İranın mobil telefon idxalatı sıfıra enib

2021.10.20, 07:36
İranın mobil telefon idxalatı sıfıra enib

Gunaz.tv

GünAz TV: İranın xarici ölkələrdən etdiyi mobil telefon idxalatı sıfıra düşüb.

 

Bu barədə məlumat yayan İranın Mobil Telefon İdxalatçıları Assosiasiyasının sədri Hüseyn Ğərəvi Ram yaşanan halın səbəbini koronavirusla bağlayıb.

 

Onun sözlərinə görə, martın 10-dan sonra ölkəyə 1 ədəd belə olsun, smartfon gətirilməyib. Bu isə ölkədə ən fəal sektorlardan hesab edilən telefon bazarında misli görünməmiş durğunluğun yaşanmasına və sahibkarların ciddi zərər görməsinə səbəb olub.

 

Hüseyn Ğərəvi Ram sonda qeyd edib ki, vəziyyət bu cür davam edərsə, gələcək aylarda ölkənin mobil telefon bazarında böyük böhran yaşanacaq.

 

Mobil telefon satışı İranda ən gəlirli sahələrdən biri hesab edilir. Rəsmi statistikalara əsasən, 2019-cu ilin aprel ayından 2020-ci ilin mart ayının əvvəllərinə qədər ölkəyə 10 milyon ədəd mobil telefon idxal edilib.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar