SON XƏBƏRLƏR

İranın Moskvadakı səfirinin qızı ölü halda tapılıb

2021.10.20, 07:36
İranın Moskvadakı səfirinin qızı ölü halda tapılıb

Gunaz.tv

GünAz TV: İranın Moskvadakı səfiri Mehdi Sənayinin qızının cəsədinin yaşadığı evin yaxınlığında tapılmasıyla bağlı Rusiya mediasında məlumat yayılıb. 

 

Xəbərlərdə bildirilir ki, səfirin qızının cəsədi bu gün səhər saatlarında yaşadığı binanın yaxınlığında aşkar edilib. Bir çox media orqanları onun pəncərədən özünü ataraq intihar etməsi versiyasını irəli sürsələr də, digər qrup səfir qızının psixoloq yanına gedərkən naməlum şəraitdə öldüyünü bildiriblər. 

 

Rusiya KİV-ləri hazırda ölkə polisinin məsələ ilə əlaqəli araşdırmalar apardığını bildirirlər. 

 

Lakin İranın Moskvadakı səfirliyi ilkin saatlarda yayılan xəbərləri təkzib edib. Səfirliyin sonrada yaydığı açıqlamada isə səfirin 28 yaşlı qızı Arifə Sənayinin ölümü təsdiqlənib. Bəyanat onun intihar yox, beyninə qan sızması səbəbindən öldüyü bildirilir. 

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar