“İranın mövqeyi ultimatuma oxşayır, biz Amerikanın forpostu deyilik...”

2016-12-29 15:57

GünAz TV: “İranın bu mövqeyi açıq-aşkar ultimatum kimi səslənir. Hətta özündə müəyyən qədər hədə-qorxu elementlərini də nümayiş etdirir”

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya (fəsad-i mali) qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc qonşu ölkənin İsrailin baş naziri Netanyahunun Bakıya səfəri ilə bağlı mövqeyini şərh edərkən deyib. 

 

 Deputat bildirib ki, Azərbaycanın öz gücünün artırması ola bilsin ki, müxtəlif siyasi paytaxtlarda narazılıqla qarşılansın: “Prezidentlərə, dini şuranın rəhbərlərinə müxtəlif məruzələr təqdim etsinlər ki, bizim imkanlarımızın genişlənməsi fonunda ya İsrail, və ya hər hansı bir Avropa ölkəsi, ya da Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın üzərindən İranı vurmaq niyyəti güdür. Ancaq bunlar olmayacaq”.

 

 Zahid Oruc İsrailin Azərbaycana Ermənistan qarşısında müdafiə qabiliyyətini gücləndirməkdə kömək etdiyini söyləyib: “Biz bu istəkləri İrana da ifadə etmişik. Amma qarşı tərəf böyük silahların bir çoxunu rəsmi Bakının sorğusuna və çağırışına baxmayaraq Azərbaycana satmayıb. Bu da öz-özlüyündə yaxşı müttəfiq imkanının itirilməsi deməkdir. Azərbaycan İsrailə buradan şərait yaratmayıb ki, İranın bu gününə, sabahına, bir imperiya ambisiyalarına zərbə vursun. Biz nə bölgə dövlətlərinin, nə Avropa ölkələrinin, nə də ABŞ-ın forpostuyuq. İsrail vasitəsilə də bölgə dövlətlərinə çağırış etmirik. Onların əleyhinə regional şərait formalaşdırmırıq. Tehran nə qədər ki, Qarabağ bölgəsinin Ermənistanın əlində qalması siyasətində müəyyən qədər iştirak edəcək və Türkiyənin ermənilərə sərhəd bağlamaq əməliyyatını gerçəkləşdirməyəcək, bu halda Azərbaycanın özünə yeni tərəfdaşlar qazanmaq siyasətini süngü ilə qarşılamamalıdır”. (Modern.az)

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı ortaq fikrə gələ bilmədi

2021-05-18

gun az article

Ceyhun Bayramovla Türk Şurasının Baş katibi arasında telefon danışığı olub

2021-05-19

gun az article

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

2021-05-18

gun az article

Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

2021-05-18

gun az article

İlham Əliyev: "Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir"

2021-05-18

gun az article

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

2021-05-18

gun az article

İranlı deputatlar: “Əgər bütün sanksiyalar 100% aradan qaldırılmasa, demək ki, heç bir sansiya ləğv edilməyib”

2021-05-18

gun az article

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə aksiya keçirib

2021-05-18

gun az article

Gəncə teatrının 100 yaşı tamam olur      

2021-05-18

gun az article

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18

gun az article

Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

2021-05-18

gun az article

Dmanisidə barışıq əldə edilib

2021-05-18

gun az article

Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18

gun az article

İranın Əhvaz və Mahşəhr şəhərlərində 16 ərəb fəalı həbs edilib

2021-05-18

gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi fəal prezident seçkiləri ilə bağlı xalqa müraciət etdi

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18