SON XƏBƏRLƏR

İranın Nəcəfdəki konsulluğu 3-cü dəfə yandırılıb

2021.10.20, 07:36
İranın Nəcəfdəki konsulluğu 3-cü dəfə yandırılıb

Gunaz.tv

GünAz TV: Dekabrın 3-ü İranın İraqın Nəcəf şəhərində fəaliyyət göstərən konsulluğunun təqribən 1 həftə ərzində artıq 3-cü dəfə yandırıldığı barədə məlumatlar yayılıb.

 

İraqlı etirazçılar ilk dəfə noyabrın 26-da konsulluğa od vurmuşdular. 26 nəfərin İraq təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölməsi ilə nəticələnən həmin hadisədən sonra rəsmi Tehran Bağdaddan konsulluğa hücum edənlərə qarşı “daha qətiyyətli tədbirlər” görməyi tələb etmişdi.

 

Noyabrın 30-u axşam saatlarında etirazçılar 2-ci dəfə konsulluq binasına od vurmuşdular.

 

İraqlı etirazçılar keçirdikləri aksiyalar zamanı ölkəni bürüyən korrupsiya, kommunal xidmətlərin aşağı səviyyədə olması və digər bu kimi məsələlərə etiraz etməklə yanaşı, İranın ölkələrinə müdaxilə və təsirlərinin dayandırılmasını da tələb edirlər.

 

Digər tərəfdən, nümayişlərdən sonra ötən həftənin cümə günü İraqın Baş naziri Adil Əbdülmehdi istefa verib və ölkənin siyasi partiyaları hazırda onun postunu tutmaq üçün Parlamentə öz namizədlərini təqdim etməklə məşğuldurlar.

 

Bəzi mənbələr bildirirlər ki, Adil Əbdülmehdinin istefasından sonra “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymani İraqa gedib. Onun səfəri ilə eyni zamanda “Associated Press” ötən gecə Amerikanın İraqdakı hərbi kontingentinin mənzinləndiyi Eynul-Əsəd hava limanına 5 raket atıldığı və hadisə nəticəsidə təlafatın qeydə alınmadığı barədə məlumat yayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar