SON XƏBƏRLƏR

İranın neft hasilatı İraqla müharibənin ilk illərindən sonra tarixdə ən aşağı həddə düşüb

2021.10.20, 07:36
İranın neft hasilatı İraqla müharibənin ilk illərindən sonra tarixdə ən aşağı həddə düşüb

Gunaz.tv

GünAz TV: OPEK yaydığı aylıq hesabatda İranın mart ayı ərzində neft istehsalının fevral ayı ilə müqayisədə günlük 52 min barel azalmaqla, 2 milyon 18 min barelə endiyini bəyan edib.

 

Bu miqdarda istehsalat İranla- İraq arasında yaşanmış müharibənin ilk illərindən bu tərəfə qeydə alınmış ən aşağı həddə hasilat hesab edilir.

 

Amerika Birləşmiş Ştatlarının sanksiyalarından öncə İranın gündəlik qara qızıl istehsalı 3 milyon 8 min bareldən artıq idi.

 

İranın daxili xam neft ehtiyacının 1.8 milyon bareldən bir qədər artıq olduğunu nəzərə alsa, deməli bu ölkə mart ayı ərzində ixracat üçün gündəlik yalnız 400 min barel qara qızıl hasil edib.

 

Embarqolardan əvvəl rəsmi Tehran hər gün 2 milyon bareldən çox neft, 1 milyon bareldən artıq isə qaz konsendant satırdı.

 

Digər tərəfdən, dəniz naviqasiyası sahəsində fəaliyyət göstərən şirkətlər İranın mart ayı ərzində gündəlik cəmi 144 min barel neft ixrac edə bildiyini deyirlər.

 

OPEK-in hesabatında həmçinin qeyd edilir ki, mart ayı ərzində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hər biri gündəlik neft hasilatını təqribən 390 min barelə qədər artırıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar