SON XƏBƏRLƏR

İranın neft ixracatı avqust ayında günlük 140 min barelə enib

2021.10.20, 07:36
İranın neft ixracatı avqust ayında günlük 140 min barelə enib

Gunaz.tv

GünAz TV: Enerji Məlumatları və Tanker Naviqasiya şirkəti olan “Kpler”in son statistikasına əsasən, avqust ayı ərzində İran günlük 140 min barel neft ixrac edə bilib.

 

Bu göstərici iyul ayında təqribən günlük 365 min barel təşkil etmişdi. Lakin 2018-ci ilin may ayında, yəni Amerikanın nüvə razılaşmasından çıxdığı ay bu rəqəm 2 milyon 630 min barel idi.

 

İranın avqust ayı ərzində satdığı neftin günlük 22 min bareli Türkiyə, 33 mini Suriya və 105 mini Çinin payına düşür.

 

Xatırladaq ki, ABŞ cari ilin may ayının 2-də İrana qarşı neft sanksiyalarında istisna kimi tanıdığı 8 ölkəyə verilmiş möhlət hüququn uzatmayıb. Ötən gün ABŞ Dövlət Departamenti bu möhlətin uzadılmayacağını bir daha vurğulayıb.

 

Çin gömrüyünün yaydığı statistikalarda bu ölkənin may ayından iyul ayına qədər olan 3 aylıq dövrdə İrandan gündəlik orta hesabla 233 min barel neft idxal etdiyi qeyd edilsə də, “Kpler” şirkətinin avqust ayına olan ümümü statistikası bu rəqəmin dəfələrlə endiyindən xəbər verir.

 

Çinin İrana neft qarşılığında pul ödəyib-ödəmədiyi məlum deyil. Lakin rəsmi məlumatlara görə, Çinin “SNPS” və “Sinopek” şirkətləri İranla bir neçə il bundan öncə imzaladıqları müqavilə çərçivəsində bu ölkədən neft alışını davam etdirirlər. Həmin müqavilələrə əsasən, sözügedən şirkətlər İranın neft yataqlarını işləməli, əvəzində isə nağd pul deyil, neft almalıdırlar. Hazırda rəsmi Tehranın Çinə ixrac etdiyi neftin də bu şirkətlərə verməli olduğu qara qızıl olduğu bildirilir.

 

Suriyaya gəldikdə isə, Amerika və Avropa Bəşər Əsəd rejiminə öz xalqını qətlə yetirdiyinə görə neft ixracatını qadağan etsə də, İran hələ də bu ölkəyə qara qızıl ixrac edir.

 

ABŞ İranın Cəbəli-Tariq tərəfindən azad edilmiş “Adrian Dərya 1” tankerinin də göyərtəsində olan 2.1 barel nefti Suriyaya daşıdığını deyir. Gəmi hazırda Livanla Suriya arasındakı sulardadır və son gedəcəyi yer haqqında heç bir məlumat ötürmür.

 

Digər bir neçə naviqasiya şirkəti də bu günlərdə İranın digər 3 tankerinin 3 milyon barel neft yükü ilə Suriya istiqamətində hərəkət etdiyi barədə məlumatlar yayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar