SON XƏBƏRLƏR

İranın neft ixracatı günlük 500 min bareldən aşağı düşüb

2021.10.20, 07:36
İranın neft ixracatı günlük 500 min bareldən aşağı düşüb

Gunaz.tv

GünAz TV: “Reuters” agentliyinin neft tankerlərinə, eləcə də digər hesabatlara əsasən apardığı araşdırma may ayında İranın neft satışının kəskin aşağı düşdüyünü göstərir.

 

Bu araşdırmaya əsasən, cari ayda İran günlük olaraq yalnız 500 min barel və ya ondan da aşağı miqdarda neft ixrac edə bilib.

 

Bu azalmaya əsas səbəb kimi Amerikanın rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalar göstərilir. Xüusilə də, may ayının 2-dən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi neft embarqolarında istisna kimi nəzərdə tutulmuş 8 ölkəyə verdiyi möhlət hüququnu uzatmaması bu istiqamətdə əsas rol oynayan amil hesab edilir.

 

Neft tankerlərindən əldə edilən məlumatlardan başqa, qeyd edilən araşdırmanın hazırlanmasında neft sənayesində mövcud olan digər etibarlı mənbələrə də istinad edilib.

 

Adlarının açıqlanmasını istəməyən, neft sektorunda çalışan mənbələrin “Reuters”ə verdiklərinə məlumata görə, İran may ayının əvvəlindən bu günə qədər gündəlik təqribən 250 min ilə 500 min barel arası neft sata bilib.

 

Onlar bu müddət ərzində İrandan əsas neft idxal edən ölkələrin Hindistan və Çin olduğunu, Türkiyə və Avropanın isə ixdalatı tamamən dayandırdığını deyiblər.

 

Aprel ayında İranın neft ixracatı gündəlik 1 milyon bareldən aşağı düşməklə, ötən aylara nisbətən 50%-dən çox azalmışdı. İranın 2018-ci ilin aprel ayında, Amerikanın nüvə razılaşmasından çıxmasından 1 ay əvvəl gündəlik qara qızıl ixracatı 2 milyon 500 min barel təşkil edirdi. Bu isə sanksiyaların neft sektoruna ciddi təsir göstərdiyindən xəbər verir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar