İranın nüvə aliminin qətlində İran silahlı qüvvələrinin əli olub

2021-02-09 12:08

Bunu fevral ayını 8-i, bazar ertəsi günü İranın kəşfiyyat naziri Höccətül İslam Mahmud Ələvi deyib.

Gunaz.tv Quote | Gunaz article

Mahmud Ələvi İran televizyasının ikinci kanalına inqilabın 42-ci ildönümü münasibətilə verdiyi xüsusi müsahibədə, ölkənin kəşfiyyat və təhlükəsizlik sisteminin yarıtmazlığı ilə bağlı çoxsaylı tənqidləri təxribat adlandıraraq başçılıq etdiyi nazirliyin “uğur”larından danışıb.

 

O, son illər terror təşkilatlarının aşkarlanması, izlənilməsi və zərərsizləşdirilməsi yönündə Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin atdığı addımları şərh edərək, “bu işdə əhalinin dəstəyinin danılmaz təsirindən” danışıb.

 

İranın Müdafiə Nazirliyi Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin terrorunun qarşısının alına bilməməsi ilə bağlı tənqidlərə toxunan nazir bildirib ki, terrordan iki ay qabaq bölgədə hadisə baş verəcəyi ilə bağlı əlimizdə əməliyyat məlumatlarının olduğunu demişdik.

 

Nazir M.Fəxrizadənin öldürülməsindən 5 gün əvvəl baş verəcək hadisə yerini təyin etdiklərini, terror əməliyyatında tədarükçü olan şəxsin İran ordusuna mənsub olduğun söyləyib. Mahmud Ələvi hadisədən öncə bu məsələni müzakirə etmək üçün orduya müraciət etdiklərini, ancaq cavab alana kimi terror hadisəsinin baş tutduğunu iddia edib.

 

Xatırladaq ki, noyabr ayının 27-i, 2020-ci ildə Tehran yaxınlığında yerləşən “Dəməvənd” şəhərinin “Absərd” bölgəsində İranın nüvə proqramının yüksək rütbəli şəxslərindən biri olan “Möhsün Fəxrizadə Mahabadi” öldürüldü.

 

Adı BMT Təhlükəsizlik Şurasının sanksiyalar siyahısında olan yüksək rütbəli İnqilab Keşikçiləri Korpusunun zabiti “Möhsün Faxrizadə, 2001-ci ildən bəri İranın nüvə proqramının "əsas fiquru" və "böyük müdir"lərindən biri kimi xarakterizə edilirdi.

 

İlk dəfə 2004-cü ildə BMT-nin İranın nüvə proqramına dair qərarlarından birində onun adı "nüvə fəaliyyətində və ballistik raketlərin quraşdırılmasında iştirak edən" şəxs kimi çəkilib.

 

2011-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi bir hesabatında Möhsün Fəxrizadəni İranda döyüş başlıqlarını yerləşdirmək üçün partlayıcı maddələr və raket avadanlığı sahəsində fəaliyyət göstərən "Amad" adlı proqramın icraçı direktoru olduğunu yazmışdı.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16