SON XƏBƏRLƏR

İranın peyki orbitə qalxa bilməyib

2021.10.20, 07:36
İranın peyki orbitə qalxa bilməyib

Gunaz.tv

GünAz TV: İranın peyk daşıyan raketi lazım olan sürətə çata bilmədiyindən, “Pəyam” adlı peyki orbitə çatdıra bilməyib.

 

Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi məlumat verib.

 

Bu gün səhər saatlarında peyk daşıyan raket iki mərhələni müvəffəqiyyətlə qət etsə də, 3-cü mərhələdə zəruri olan sürətə çata bilmədiyindən, “Pəyam” adlanan peyki orbitə çatdıra bilməyib.

 

Qeyd edək ki, “Pəyam” peyki İran Kosmik Agentliyinin həyata keçirdiyi aerokosmik layihələrdən biridir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar