SON XƏBƏRLƏR

İranın Piranşəhr şəhərində Kürdistan Demokrat Partiyası peşmərgələri ilə qarşıdurmada 3 “Sepah”çı həlak olub

2021.10.20, 07:36
İranın Piranşəhr şəhərində Kürdistan Demokrat Partiyası peşmərgələri ilə qarşıdurmada 3 “Sepah”çı həlak olub

Gunaz.tv

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərinin sərhəd məntəqəsində, Kürdistan Demokrat Partiyasının peşmərgələri ilə baş verən silahlı qarşıdurmada ən azı 3 “Sepah”çı öldürülüb, bir neçə nəfər yaralanıb.

 

Bu barədə, “Sepah”ın “Həmzə Seyidüşşühəda” qərargahının ictimaiyyətlə əlaqələr bölməsi yanvarın 3-də bəyanat yayıb. Bəyanatda insidentin konkret baş verdiyi tarix və onun səbəbləri açıqlanmayıb.

 

İranın Kürdistan Demokrat Partiyası isə baş vermiş olayla bağlı bəyanat yayaraq bildirib ki, silahlı qarşıdurma, “Sepah” qüvvələrinin peşmərgələrin və bir sıra kürd fəallarının evlərinə hücumundan sonra baş verib. Bəyanatda, hadisənin təfərrüatına toxunulmayıb.

 

Hadisədə öldürülən “Sepahçıların adları mediaya açıqlanmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar