SON XƏBƏRLƏR

İranın polad istehsalında geriləmə müşahidə olunur

2021.10.20, 07:36
İranın polad istehsalında geriləmə müşahidə olunur

Gunaz.tv

GünAz TV: Beynəlxalq Polas Assosiasiyasının yeni yaydığı statistikada İranın polad istehsalında geriləmə müşahidə olunduğu barədə məlumat yer alıb.

 

İranın Mədənlərin və Mədən Sənayesi İşlənməsi və Modernləşdirilməsi Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsi isə qeyd edilən Assosiasiyaya istinadən ölkənin polad istehsalında “inkişaf etdiyini” iddia edib. Şöbənin iddiasına görə, İranın polad istehsalı 2019-cu ilin ilk 7 ayı ərzində 6.4% çoxalıb, bu isə “60 ölkəsi içərisində ən yüksək göstəricidir”.

 

İranın iddiasının əksinə olaraq, Assosiasiyasının hazırladığı statistikada yalnız cari ilin ilk 6 ayına olan göstəricilər dərc edilib və bu ölkənin polad istehsalının Amerikanın 2018-ci ilin may ayında nüvə razılaşmasından çıxmasından sonra inkişaf tempinin azaldığını, eləcə də böyük problemlərlə üzləşdiyi qeyd edilib. 

 

Statistikaya əsasən, 2008-2014-cü illər arasında İranın polad istehsalı hər il təqribən 10 milyon tondan 16.3 milyon tona çatıb. Lakin 2015-ci ildə 13.1 milyon tona düşüb.

 

2016-cı ildən 2018-ci ilə qədər olan dövrdə inkişaf tempi ən yüksək həddə çatıb və istehsalın həcmi müvafiq olaraq 18, 21.2 və 25 milyona təşkil edib.

 

Amma cari ilin ilk 6 ayı ərzində İranın istehsal etdiyi poladın ümumi həcmi 12 milyon 788 min ton olub, bu isə inkişaf tempində azalmanın olduğunu göstərir.

 

İranın Mədənlərin və Mədən Sənayesi İşlənməsi və Modernləşdirilməsi Təşkilatının iddiasının əksinə olaraq, dünya ölkələrinin bir çoxunun qeyd edilən dövrdə istehsal etdiyi poladın həcmi İrandan daha çox olub. Misal üçün, Argentina bu sahədə ötən illə müqayisədə 10% irəliləyib.

 

Digər tərəfdən, dünya ölkələrinin 1 ay ərzində istehsal etdiyi poladın miqdarı göstərilən zaman dilimində təqribən 154 milyon ton təşkil edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar