SON XƏBƏRLƏR

İranın Poldəşt şəhərində saxta alkoqollu içkidən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb

2021.10.20, 07:36
İranın Poldəşt şəhərində saxta alkoqollu içkidən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb

Gunaz.tv

GünazTV: İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində keçirilən toy mərasimində saxta alkoqollu içkilərdən 40 nəfər zəhərlənib, 1 nəfər ölüb.

 

Bu barədə, Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Bağır Bəhrami mayın 5-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, mayın 2-də Poldəştin Araz şəhərciyində keçirilən toy mərasimində əldəqayırma spirtli içkidən zəhərlənənlərin sayı 45 nəfərə çatıb: “Zəhərlənənlərdən 33-ü ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 11 nəfər hazırda Maku xəstəxanasının reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır, 1-i isə həyatını itirib”.

 

Bağır Bəhrami həmçinin bildirib ki, zəhərlənmədən sonra xəstəxanaya müraciət edənlərdə görmə qabiliyyətinin zəiflənməsi, baş ağrısı və başgicələnmə əlamətləri müşahidə olunub. O, zəhərlənənlərin əksəriyyətinin 25-30 yaş arası gənclər olduğunu vurğulayıb.

 

 

Xatırladaq ki, son aylarda İranın daha bir neçə şəhərində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənmiş, bir neçə nəfər isə həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.

 

Qeyd edək ki, İranda alkoqollu içkilərin istehsalı və satışı qadağandır. Məhz həmin səbəbə görə də, insanlar bir çox hallarda ev şəraitində gizli şəkildə hazırlanmış qeyri-standart, əldəqayırma içkilərdən istifadə etmək məcburiyyətində qalırlar.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar