SON XƏBƏRLƏR

İranın Prezident Aparatının binasına daxil olmağa cəhd göstərən şəxsə odlu silahdan atəş açılıb

2021.10.20, 07:36
İranın Prezident Aparatının binasına daxil olmağa cəhd göstərən şəxsə odlu silahdan atəş açılıb

Gunaz.tv

GünAzTV: Fevralın 5-i sübh saatlarında İranın Prezident Aparatının həyətində insident baş verib. Bu barədə Tehran ostandarının təhlükəsizlik məsələləri üzrə müavini Möhsün Həmədani jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, üstündə kəsici alət (qəmə) gəzdirən, bir nəfər Prezident Aparatının yoxlama postlarını zorla keçməyə cəhd göstərərkən,  təhlükəsizlik xidmətinin əməkdaşları onun qarşısını alıblar: “Hadisə, sübh saat 11 radələrində Tehranın Pastor küçəsində baş verib. Əyninə kəfən geymiş 35 yaşlarında olan bir nəfər, təhlükəsizlik qüvvələrinə hücum edərək, Prezident Aparatının binasına daxil olmağa çalışıb. Lakin təhlükəsizlik qüvvələri odlu silahdan atəş açaraq onu zərəsizləşdiriblər. Güllə yarası alan həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda məsələ araşdırılır.

 

                                       Möhsün Həmədani

 

Möhsün Həmədani, həmin şəxsin adını və olayın təfərrüatını açıqlamayıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar