SON XƏBƏRLƏR

İranın Qərbi Azərbaycan əyalətində 4,2 bal gücündə zəlzələ olub

2021.10.20, 07:36
İranın Qərbi Azərbaycan əyalətində 4,2 bal gücündə zəlzələ olub

Gunaz.tv

GünazTV: İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ olub.

 

İranın “İsna” agentliyinin ölkənin Seysmoloji Mərkəzinə istinadən yaydığı məlumata əsasən, zəlzələ bu gün yerli vaxtla günorta saat 14:12 radələrində Xoyun yaxınlığında yerləşən Zərabad məntəqəsinin 15 kilometrliyində, yerin 22 kilometr dərinliyində qeydə alınıb.

 

Zəlzələnin mümkün dağıntılara səbəb olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar