SON XƏBƏRLƏR

İranın Qeşm adasında 5,8 bal gücündə zəlzələ baş verib

2021.10.20, 07:36
İranın Qeşm adasında 5,8 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

GünazTV: İranın Hormozqan əyalətinin Qeşm adasında Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ olub.

 

İranın Seysmologiya Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ fevralın 16-sı, yerli vaxtla axşam saat 16:00-da Qeşm adasının Laft limanı yaxınlığında yerin 13 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində Laft limanı ətrafındakı binalarda çatlar əmələ gəlib.

 

 Zəlzələdə mümkün insan tələfatının olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi jurnalistlərə açıqlamasında təbii fəlakət zonasına xilasedicilərin cəlb edirdiyini bəyan edib.

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar