İranın qeydiyyat idarəsi uşaqlarına türk adı seçmək istəyən azərbaycanlılara xaricə getməyi tövsiyə edir

2021-02-07 12:35

İranın Vətəndaşlığın Qeydiyyatı İdarəsi “Atakan”ın atasının müraciətinə son cavab olaraq bildiriblər ki, “bu adda kimlik bəlgəsinin verilməsi mümkün deyil. Bu adla kimlik bəlgəsi almaq istəyirlərsə başqa bir ölkəyə köçsünlər”.

Gunaz.tv Quote | Gunaz article

4 yaşlı Atakan türk adına görə kimlik bəlgəsi ala bilmir. Onun atası Adil Çupani bununla bağlı özünün “instagram” hesabında paylaşım edərək yazıb: “Neçənci dəfə olaraq oğluma kimlik bəlgəsi almaq üçün Təbrizin Lalə məhəlləsində yerləşən Vətəndaşlığın Qeydiyyatı İdarəsinə müraciə etdim. İdarə məsulları yenidən “Atakan” adı ilə kimlik bəlgəsinin verilməsinə qarşı çıxaraq bildirdilər ki, uşağına bu adla sənəd almaq istəyirsənsə xaricə get.”

 

A.Çupani birldirib ki, idarə məsulları bu adın elektron siyahıda olmadığı üçün sənədləşdirilməyəcəyini, istərsə idarədən məhkəməyə şikayət edə biləcəyini deyiblər.

 

Adil Çupani sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşımını bu fikirlər sonlandırıb: “Övladlarımıza türkcə ad seçmək ən ibtidayi vətəndaşlıq hüququmuzdur.”

 

İranın Vətəndaşlığın Qeydiyyatı İdarəsi “Fars Dil Qurumu” ilə birlikdə uşaqlara verilməli olan adlardan ibarət siyahı hazırlayıb. Bu siyahıda bir neçə adı çıxmaq şərtilə bütün türk adları qadağan edilib.

 

İranın Vətəndaşlığın Qeydiyyatı İdarəsinin irqçı yanaşması bir çox türk uşaqların, o sıradan “Ayıl”, “Anar”, “Sevgi”, “Yağış”, “Atakan”, və “Huntay”ın sənədsiz qalmasına nədən olub.

 

Bir müddət öncə tikantəpəli ailə 3 il 6 ay çalışdıqdan sonra övladlarına “Onur” adı ilə kimlik bəlgəsi ala bildilər. Ancaq bu təsadüfi hallarda və neçə illik əziyyətdən sonra baş tutduğu üçün başqa valideyinlər buna nail ola bilmirlər.

 

Bundan öncə məsələ ilə bağlı “Şərqi Azərbaycan Məhkəmə Vəkillərinin İnsan Haqları Komissiyası”nın sədr müavini Sina Yusifi bildirmişdi ki, “konstitusiyada uşaqlara türk adlarının seçilməsində heç bir qadağa olmamasına baxmayaraq, çox halarda Vətəndaşlığın Qeydiyyatı İdarəsi valideynlərin uşaqlarına türk adı seçməsinə əngəl törədir. Vətəndaşlar uşaqlarına ad seçimində azaddırlar və buna qarşı qoyulan qadağalar konstitusiyaya ziddir”.

 

Qeyd edək ki, dünyaya gələn hər bir uşağın ada malik olması İranında imzaladığı “Uşaq Hüquqları Konvensiyası”nın ilkin prinsiplərindəndir. Ancaq İran hökuməti ardıcıl olaraq bu öhdəliyi yerinə yetirməkdən imtina edib və imzaladığı razılaşmaya əməl etmir.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.18.2021-Özümüz: Partlar (Əşkanlılar)

2021-05-18

gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17