SON XƏBƏRLƏR

İranın Qızıl Aypara Cəmiyyətinin sədri Əsğər Peyvəndi həbs edilib

2021.10.20, 07:36
İranın Qızıl Aypara Cəmiyyətinin sədri Əsğər Peyvəndi həbs edilib

Gunaz.tv

GünAz TV: “Fars” xəbər agentliyi İranın Qızıl Aypara Cəmiyyətinin sədri Əsğər Peyvəndinin Şəhid Behişti Universitetində rector vəzifəsində çalışdığı dövrlə bağlı açılmış cinayət işi üzrə saxlandığı barədə məlumat yayıb.

 

O, bir neçə saat müvəqqəti saxlanma təcridxanasında qaldıqdan sonra mülki vəsiqə ilə zaminə buraxılıb.

 

Məlumata əsasən, Peyvəndi ona qarşı irəli sürülmüş korrupsiya ittihamları üzrə keçirilmiş son məhkəmə iclasından sonra həbs edilib, lakin bir neçə saatdan sonra 3 milyard tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıq.

 

Qızıl Aypara Cəmiyyəti hələ ki, xəbərlərə münasibət bildirməyib.

 

Xatırladaq ki, cari ilin avqust ayında Cəmiyyətin Tibbi Tədarük Təşkilatının müdiri Əli Fərəci dəri xəstəlikləri ilə bağlı dərmanlardan birinin ölkəyə idxalatında baş vermis yeyinti faktlarına görə həbs edilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar