SON XƏBƏRLƏR

İranın Qorqan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Qorqan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhbus edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, adı mediaya açıqlanmayan 30 yaşlı müttəhim, 6 ay əvvəl Qorqanın ətraf kəndlərindən birində 13 yaşlı bir qızı oğurlamaqda və onu zorlamaqda günahlandırılıb. Müttəhim, dekabrın 4-ü sübh saatlarında Qorqan zindanının həyətində dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qorqan zindanı

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar