SON XƏBƏRLƏR

İranın Qum şəhərində daha 7 “Sepah”çının cənazəsi torpağa tapşırılıb

2021.10.20, 07:36
İranın Qum şəhərində daha 7 “Sepah”çının cənazəsi torpağa tapşırılıb

Gunaz.tv

 GünAzTV: “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından olan daha 7 muzdlusu Suriyada gedən savaşda həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə ay əvvəl Suriyaya göndərilmiş “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları, son günlər bu ölkənin müxtəlif bölgələrində müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb. Həlak olan “Sepah”çıların adları mediaya işıqlandırılmayıb. Cənazələri ölkəyə gətirilən muzdlu “Sepah”çılar, dekabrın 13-də İranın Qum şəhərində torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar