SON XƏBƏRLƏR

İranın Qum şəhərində koronavirusa yoluxmuş hər iki şəxs ölüb

2021.10.20, 07:36
İranın Qum şəhərində koronavirusa yoluxmuş hər iki şəxs ölüb

Gunaz.tv

GünAz TV: Fevralın 19-da İran Səhiyyə Naziri Qum şəhərində iki nəfərin koronavirusa yoluxduğu barədə məlumat yaymışdı.

 

Bir neçə saat sonra yayılan xəbərlərdə isə artıq həmin şəxslərin öldüyü qeyd edilir. Faktı təsdiqləyən İran Səhiyyə nazirinin müavini Əlirza Vahabzadə ölənlərin yaşlı şəxslər olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, 2019-cu ilin dekabr ayının sonlarında ilk dəfə Çinin Vuhan şəhərində baş qaldıran koronavirus bu günə qədər dünyanın 24 ölkəsinə yayılıb. Çində bu virusdan indiyə qədər 2400 nəfər ölüb, digər ölkələrdə də azsaylı ölüm halları qeydə alınıb.

 

Digər tərəfdən, ötən gün Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasının qarşısını almaq istiqamətində önəmli irəliləyişlərin olduğu barədə məlumat yayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar