İranın Radio və Televizya qurumundan azərbaycanlı uşağın türkcə şeirinə dözümsüzlük

2020-11-04 13:50

Tehrandan idarə olunan İran Radio və Televizyasının Səhənd şəbəkəsi canlı yayında azərbaycanlı uşağın türkcə şeir oxumasını dayandırdı

Gunaz.tv Quote | Gunaz article

Səhənd kanalının aparıcısı öncə uşaqdan dikləmə üçün əzbərlədiyi şeiri oxumasını istəyir. Uşaq türkcə şeirin iki beytini oxuyandan sonra kontrol otağından aparıcıya uşağın şeir oxumasını dayandırmaq üçün göstəriş verilir.


Aparıcı göstərişi dərhal yerinə yetirərək uşağın türkcə şeirin ardını oxumasına icazə vermir.


Azərbaycanlı uşağın oxumaq üçün seçdiyi şeir professor Məhəmməd Tağı Zehtabinin “su deyibdir mənə əvvəldə Anam ab ki yox” başlıqlı şeiri olub.Bu şeirdə Ç.T.Zehtabi türk diliniin zənginliyini təsvir etməklə yanaşı şovinizmi və fars irqçiliyini qınayır. 


İran Radio və Televizyasının bu anti-türk hərəkəti türk istifadəçilərinin geniş etirazına səbəb olub.  Bir sıra internet istifadəçiləri yazıblar ki, “bir uşağın şeiri ilə titrəyən sistem təməldən xarabdır.” 


Başqa istifadəçilər isə əlaqədar şəxslərə ünvanladıqları sualda soruşublar: “Bu uşağın oxuduğu şeir farsca və fars dilinin vəsfində olsaydı radio və televizya qurumu eyni reaksiyanı göstərərcəkdi?”


Son yüz ildə İran Radio və Televizya qurumu, ölkədə institutlaşmış anti-türk fəaliyyətlərin, türk dili, tarixi və mədəniyyətinə qarşı səylərin əsas mərkəzlərindən biri olmuşdur. İran radio və televizyasının türklərə qarşı irqçı və təhqiramiz verilişləri Güney Azərbaycan şəhərlərində dəfələrlə geniş etiraz aksiyalarına səbəb olmuşdur.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15