GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilən daha 3 adam edam edilib.
Narkotik qaçaqmalçılığına görə edam edilən 56 və 33 yaşlı müttəhimlərdən biri 1 kilo 500 qramlıq heroin qaçaqmalçılığında, digəri isə müxtəlif narkotik maddələri saxlamaqda və onun satışında günahlandırılıb. 36 yaşlı üçüncü müttəhim isə qəsdən adamöldürmədə günahlandırılıb. Hər 3 müttəhim, noyabrın 13-ü sübh saatlarında İranın Gilan əyalətinin mərkəzi sayılan Rəşt şəhərinin zindanında dara çəkilib. Edam edilənlərin adları mediaya açıqlanmayıb.
Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
A.M