SON XƏBƏRLƏR

İranın Rəşt şəhərində “əxlaq təhlükəsizliyi polisi”ni qətlə yetirən məhkum ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

2021.10.20, 07:36
İranın Rəşt şəhərində “əxlaq təhlükəsizliyi polisi”ni qətlə yetirən məhkum ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

Gunaz.tv

GünazTV: İki il əvvəl İranın Rəşt şəhərində “əxlaq təhlükəsizliyi polisi”ni bıçaqlayaraq qətlə yetirən gənc məhkum dar ağacından asılıb.

 

Adı mediaya açıqlanmayan məhkum, oktyabrın 2-si sübh saatlarında Rəşt şəhərinin meydanlarından birində ictimaiyyət qarşısında dara çəkilib.

 

Bildirilir ki, gənc məhkum, iki il əvvəl Rəştin Daneşcu parkında gəzərkən, Həsən Payəndə adlı polisin ona yaxınlaşaraq, onun şəxsi işlərinə qarışmasından qəzəblənərək, ona başından və boğaz nahiyəsindən bir neçə bıçaq zərbəsi endirmişdi. Məhkum hadisə yerindən qaça bilsə da, az sonra yaxalanaraq, törətdiyi qətlə görə edama məhkum edilmişdi.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar