SON XƏBƏRLƏR

İranın Salmas şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Salmas şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV:İranda qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 1 nəfər dar ağacından asılıb. Ölüm hökmü dörd gün əvvəl icra olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, altı il əvvəl naməlum səbəbə görə qətl törədən məhkum Əli Həmuzadə, sentyabrın 26-sı sübh saatlarında Qərbi Azərbaycan əyalətinin Salmas şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hr hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar