SON XƏBƏRLƏR

İranın Səhiyyə naziri: "Təcili olaraq 250 milyon avroya ehtiyacımız var"

2021.10.20, 07:36
İranın Səhiyyə naziri: "Təcili olaraq 250 milyon avroya ehtiyacımız var"

Gunaz.tv

GünAz TV: İranın Səhiyyə naziri Səid Nəməki prezident Həsən Ruhaniyə ünvanladığı məktubda koronavirusla mübarizə üçün təcili olaraq 250 milyon avroya ehtiyac duyduqlarını bildirib.

 

Onun sözlərinə görə, bu məbləğ xəstəxanalarda 20 min xəstəni yerləşdirmək və tibbi personal üçün maska, xüsusi geyimlər, habelə lazım olan digər ləvazimatları almaq üçün zəruridir.

 

O, ötən il ərzində baş vermiş sel, payız qripi və digər bu kimi böhranlar səbəbindən Nazirliyin büdcəsinin azaldığını, qalan məbləğin Çinin koronavirusun müalicəsi üçün istifadə etdiyi dərman preparatlarını əldə etməyə sərf edildiyini qeyd edib.

 

Qeyd etmək lazımdır ki, dünən Səhiyyə nazirinin müavini və Mərkəzi Bankın vəzifəli şəxslərinin iştirakı ilə koronavirusla bağlı iclas keçirilmişdi. Bundan sonra Mərkəzi Bank yaydığı bəyanatda Səhiyyə Nazirliyinə təcili olaraq dərman və tibbi ləvazimatların alınması üçün azı 250 milyon avro pul ayıralacağını bildirmişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar