SON XƏBƏRLƏR

İranın Sənaye Nazirliyinin müfəttişi korrupsiya ittihamı ilə 6 il həbsə məhkum edilib

2021.10.20, 07:36
İranın Sənaye Nazirliyinin müfəttişi korrupsiya ittihamı ilə 6 il həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli 3 nəfərin korrupsiya və vəzifəsindən sui-istifadə etmək ittihamları ilə həbs cəzalarına məhkum edildiyi barədə məlumat yayıb.

 

Onun sözlərinə görə, həmin şəxslərdən biri İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin müfəttişi Rza Eyvazzadədir. O, müxtəlif şəxsləri petrokimya məhsulları ilə təmin edərək, onlardan külli miqdarda rüşvət alıb. Keçirilən məhkəmə iclasında müfəttişə 6 il həbs cəzası hökmü oxunub.

 

Həbsə məhkum edilənlərdən digəri İbrahim Zabili Pilerud isə rüşvət verməklə, qeyri-qanuni olaraq külli miqdarda kvota tətbiq edilmiş petrokimya məhsullarının satışını həyata keçirib. Sözçü brahim Zabili Pilerudun hansı vəzifədə çalışdığını açıqlamasa da, onun 10 il həbs, 74 şallaq zərbəsi və ömürlük dövlət qulluğunda vəzifə tutmaqdan məhrum edilmə cəzalarına məhkum edildiyini deyib. Həmin şəxsin mülkiyyətindən 244 milyard 750 milyon 764 min 760 riyal isə müsadirə edilib.

 

Qulamhüseyn İsmayıli sonda oxşar cinayət əməlləri törədən digər şəxs- Nəvid Mahmudinin isə 5 il həbs, 74 şallaq cəzasına məhkum edildiyini deyib.

 

Qeyd etmək lazımdır ki, İran rejimi dünyada ən korrupsiyalaşmış hökumətlərdən biri hesab edilir. Amerika Birləşmiş Ştatları bununla bağlı ara-sıra yaydığı məlumatlarda başda Əli Xamneyi olmaqla, iranlı rəsmilərin xalqın sərvətini çapıb-taladıqları ilə bağlı sübutlar təqdim edir.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar