İranın sərhəd alayının komandırının qatilləri tutulub - türkmənlər hadisənin rüşvət üstündə baş verdiyini deyir

2020-12-26 10:09

Dekabr ayının 5-i, yerli vaxtla saat 00:40 radələrində Gülüstan (türkmənsəhra) əyalətinin sərhəd məntəqəsində yerləşən Kərənd kəndində baş verən qarşıdırmada sərhəd alayının komandiri aldığı bıçaq zərbələri nəticəsində ölüb. İki sıravı əsgər ağır yaralanıb.

Gunaz.tv Quote | Gunaz article

Iranın “fars” xəbər agentliyinin verdiyi məlumata görə, alay komandiri “Nəbiullah Xətiri”nin ölümü ilə nəticələnən qarşıdurmada iştirak edən 9 nəfər saxlanılıb.

 

Məlumatda saxlanılanların spirtli içki və narkotik maddələr qaçaqmalçısı olduğu, bundan öncədə silahlı toqquşma, ictimai asayişi pozma və başqa qanunsuz əməllərə görə axtarışda olduqları iddia edilir.

 

Gülüstan əyalətinin məhkəmə sədri “Hadi Haşimiyan” mətbuata verdiyi açıqlamada saxlanılanların ən ağır şəkildə cəzalandırılacaqlarını deyib.

 

Xaricdə yaşayan türkmənlərin sosyal şəbəkələrdə yerli əhaliyə istinadən yayınladıqları məlumatlarda isə, hadisənin rüşvət üstündə baş verdiyi bildirilir. Onların yazdığına görə, sərhədçilər sərhəddə gizli alverlə məşqul olan kəndlilərdən “təyin olunan” məbləğdən çox “haq” tələb etdikləri üçün qarşıdurma yaranıb.

 

Gülüstan (Türkmənsəhra) əyaləti türkmən türklərinin yaşadığı bölgədir. Əyalət iqtisadi baxımdan inkişaf etməmiş bölgələrdən sayılır. Türkmənistan respublikası ilə sərhəddə yerləşən Gülüstan əyalətinin türkləri islam inqilabının ilk illərində milli və mədəni haqları uğrunda geniş fəaliyyətlərinə görə Tehran hökumətinin qəzəbinə tüş gəlib.
 
O vaxt türkmən xalqının etirazlarını yatırtmaq üçün hərbi müdaxilə edən mərkəzi hökumət yüzlərlə türkmən fəallını öldürdü, çox sayda siyasi fəal isə uzun müddətli həbslərə məhkum edildi.

 

Bölgənin iqtisadi inkişafına ciddi sərmayə yatırılmadığı üçün müxtəlif iqtisadi-məişət problemləri, işsizlik əhalini narahat edir. Buna görədə, bölgə əhalisinin bir qismi Türkmənistan respublikası ilə gizli sərhəd ticarəti etməyə məcbur olurlar.
  
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09