SON XƏBƏRLƏR

İranın şimal vilayətlərində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

2021.10.20, 07:36
İranın şimal vilayətlərində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Gülüstan, Mazandaran və Şimali Xorasan vilayətləri rəsmilərinin məlumatlarına əsasən, daşqınlar nəticəsində bu günə qədər 9 nəfər həyatını itirib.

 

Məlumatlara əsasən, Mazandaran Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Əli Abbasi martın 22-də sel nəticəsində vilayətdə 5 nəfərin öldüyü, 1 nəfərin isə itgin düşdüyünü deyib.

 

Eləcə də, dağıcıdı selin Gülüstan və Şimali Xorasan əyalətinin hər birində 2 nəfərin həyatına son qoyduğu barədə məlumatlar var.

 

Son günlər ərzində qeyd edilən vilayətlərdə baş vermiş sel və daşqınlar böyük dağıntılara və ziyanlara səbəb olub. Lakin İran rəsmiləri və media orqanları çətin vəziyyətdə qalan vətəndaşlara qarşı biganədirlər. Yerli əhalinin dediklərinə görə, heç bir qurum sel və dağıntıların fəsadlarının aradan qaldırılması üçün çalışmır və dövlət orqanları insanların xilas edilməsi istiqamətində heç bir addım atmır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar