SON XƏBƏRLƏR

İranın Şiraz, Nəcəfabad və Kərəc şəhərlərində daha 3 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Şiraz, Nəcəfabad və Kərəc şəhərlərində daha 3 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. Edamlar bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəbə görə qətl törədən Lahican şəhər sakini 36 yaşlı məhkum Haşım Mərdudi, avqustun 15-i sübh saatlarında İsfahan əyalətinin Nəcəfabad şəhərinin zindanında dara çəkilib.

 

Eyni ittihamla Səid Xələc adlı digər məhkum avqustun 14-də Kərəcin mərkəzi zindnında edam edilib. O, üç il əvvəl ondan boşanmaq istəyən həyat yoldaşının vəkilini qətlə yetirməkdə təqsirli bilinib. Həmçinin qəsdən adamöldürmə ittihamı ilə daha bir məhkum (Əmin Zəngənə) avqustun 18-də Şirazın Adilabad həbsxanasında dar ağacından asılıblar.

 

Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar