GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib. Edamlar 4 gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.
İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl Məşhəd şəhərində 11 kiloqramlıq narkotik maddə qaçaqmalçılığına görə həbs edilən məhkumlar Taha Şirdoxt və Kazım Minayi, aprelin 11-i sübh saatlarında Şirazın Adilabad zindanının həyətində dara çəkiliblər. Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.
Şirazın Adilabad zindanı
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.
A.M