SON XƏBƏRLƏR

İranın Şiraz şəhərində daha 3 məhbus ictimaiyyət qarşısında dara çəkilib – FOTO və VİDEO

2021.10.20, 07:36
İranın Şiraz şəhərində daha 3 məhbus ictimaiyyət qarşısında dara çəkilib – FOTO və VİDEO

Gunaz.tv

GünAzTV: İranda quldurluqda, silahlı basqında və bank yarmaqda günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, adları ixtisarla mediaya açıqlanan gənc müttəhimlər, Şiraz və İsfahan şəhərlərində silahlı basqın yolu ilə bir neçə bankı yarmaqda və ictimai asayişi pozmaqda təqsirli bilinib. Hər üç müttəhim, noyabrın 21-i sübh saatlarında Şirazın mərkəzi küçələrindən birində ictimaiyyət qarşısında dara çəkilib.

 

Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar