SON XƏBƏRLƏR

İranın Sircan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Sircan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda oğurluqda və qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, iki il əvvəl bir mənzildən oğurluq  edərkən ev yiyəsini qətlə yetirdiyinə görə ölümə məhkum edilmiş 37 yaşlı müttəhim Həsən Nüsrətabadi, oktyabrın 22-si sübh saatlarında İranın Sircan şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar