SON XƏBƏRLƏR

Iranın şirkəti Qarabağla əlaqə yaradıb

2021.10.20, 07:36
Iranın şirkəti Qarabağla əlaqə yaradıb

Gunaz.tv
Iranın şirkəti Qarabağla əlaqə yaradıb susa-qarabag.jpg Bu ölkənin mobil operatoru işğal altındakı ərazilərində fəaliyyət göstərən «Karabakh Telecom»la rouminq sazişi imzalayıb Iranın mobil operatorlarından olan Kiş Telekommunikasiya Şirkəti Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində fəaliyyət göstərən “Karabakh Telecom”la beynəlxalq qaydalara zidd olaraq rouminq sazişi imzalayıb. APA-nın məlumatına görə, bununla yanaşı şirkətin rəsmi saytında (httr://www.tkckish.com/roaming1.htm) Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib. Bundan başqa, Litvada beynəlxalq telefon danışıqlar kartını (GeMobile) istehsal edən “Gemini network LTD” şirkəti də Avropa ərazisindən Dağlıq Qarabağa və Azərbaycanın işğal olunan digər rayonlarına zəng etmək imkanı yaradıb. Belə ki, onun avropalı abunəçilərə təqdim etdiyi danışıq kartları vasitəsilə Dağlıq Qarabağ və Azərbaycanın işğal olunan rayonları ilə əlaqə saxlamaq mümkündür. Bu şirkətin saytında (httr://www.gemobile.lt/?lang=ru&country=99&page=price) da Dağlıq Qarabağ Ermənistan ərazisi kimi də təqdim olunub. Eyni vəziyyət Rusiyanın telekommunikasiya şirkəti olan “Telekomtreyd”də də (httr://www.pomortel.ru/ipcia.html) mövcuddur. Həmin şirkət vasitəsilə Rusiyadan Azərbaycanın işğal olunmuş ərazilərinə zəng etməm mümkündür. Şirkətin saytında da Dağlıq Qarabağ Ermənistan əraziləri kimi göstərilib. Iranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahi Kiş Telekommunikasiya Şirkətinin özəl qurum olduğunu deyib:"Güman edirəm ki, şirkət bunu məqsədli deyil, məlumatsızlıqdan edib". Azərbaycanın Irandakı səfiri Abbasəli Həsənov isə Kiş Telekommunikasiya Şirkəti ilə “Karabakh Telecom” arasında əməkdaşlıqla bağlı araşdırma aparacaqlarını bildirib. azadliq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar