SON XƏBƏRLƏR

İranın Şirvan şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Şirvan şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl namus məsələsi ilə əlaqədar  qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Salman Azərpənah adlı məhkum martın 16-sı sübh saatlarında İranın Şimali Xorasan əyalətinin Şirvan şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar