Sistan-Bəlucistanda silahlı qarşıdurma: “Bəsic”in 2 üzvü öldürüldü

2021-05-08 11:25

İranın Sistan-Bəlucistan əyalətin Nikşəhr şəhərinin yaxınlığında naməlum yaraqlılarla baş verən silahlı qarşıdurmada “Sepah” terror təşkilatının nəzdində fəaliyyət göstərən “Bəsic” qüvvələrinin 2 üzvü öldürülüb.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata görə, hadisə mayın 7-si axşam saatlarında Nikşəhr şəhərinin tabeliyində olan Hiçan kəndində baş verib.


Bildirilir ki, hər iki tərəf arasında baş verən atışma nəticəsində “Bəsic” qüvvələrinin Hiçan qərargahının komandiri Xudabəxş Qərib və qurumun digər üzvü olan Müslüm Dürzadə aldıqları güllə yarasından yerindəcə keçiniblər.


Naməlum yaraqlı dəstə üzvləri hadisə yerindən qaça biliblər. Yaraqlıların hansı müxalif bəluc təşkilatına bağlı olması barədə hər hansı bir məlumat yayılmayıb. 


Xatırladaq ki, bu, ötən bir həftə ərzində Sistan-Bəlucistanda hökumət qüvvələri ilə müxalif bəluclar arasında baş vermiş üçüncü insidentdir. 


Mayın 4-də Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərinin Kəruzdep  kəndində tanışlarının evində olan 3 bəluc fəal “Sepah” qüvvələri tərəfindən mühasirəyə alınaraq odlu silahlardan açılan atəş nəticəsində öldürülüb. Atışma nəticəsində, birinin adının Molla Rəhim Rəisi olduğu bildirilən hər üç bəluc yerindəcə öldürülüb. 


“Sepah” qüvvələri hər üç bəlucu öldürdükdən sonra onların cəsədlərini özləri ilə apararkən, onların taxta və həsirdən tiklimiş evlərinə də od vurublar. 


Mayın 5-i axşam saat 17:55 radələrində isə Sistan-Bəlucistan əyalətinin Zəhək şəhəri yaxınlığında narkotik qaçaqmalçılığına qarşı mübarizə polisinin rəisi Mehdi Şəhrəki naməlum yaraqlı dəstə üzvlərinin silahlı hücumuna qətlə yetirilib. Yaraqlı bəluclar bölgədə reyd keçirən polis rəisinin avtomobilini saxlayaraq bir neçə dəfə tapançadan ona atəş açıblar. Atəş nəticəsində başından güllə yarası alan polis rəisi yerindəcə keçinib.


Hadisədən az sonra naməlum bir bəluc qrupu bəyanat yayaraq, bir gün əvvəl hökümət qüvvələri tərəfindən mühasirəyə alınaraq öldürülən 3 bəluc fəalının qisasını almaq üçün polis rəisini qətlə yetirdiyini bildirib.

نیکشهر در ۵۱۰ کیلومتری جنوب زاهدان مرکز استان سیستان و بلوچستان واقع شده است.

 Qeyd edək ki, Pakistanla həmsərhəd olan və İranın ən yoxsul və baxımsız əyaləti sayılan Sistan-Bəlucistan əyalətində sünni məzhəbli bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə aparan yerli bəluc təşkilatlarının fəalları ilə hökumət qüvvələri arasında vaxtaşırı silahlı insidentlər yaşanır. 


Məhz buna görə də son illər əyalətdə baş verən silahlı qarşıdurmalar nəticəsində hər iki tərəfdən çoxlu sayda insan həyatını itirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12