Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis əməkdaşı öldürüldü

2021-05-10 13:48

İranın Sistan-Bəlucistan əyalətin Nikşəhr şəhəri yaxınlığında naməlum yaraqlılarla baş verən qarşıdurmada daha 1 polis əməkdaşı öldürülüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Sistan-Bəlucistan əyaltinin hüquq-mühafizə qüvvələrinin komandanı Əhməd Tahiri mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, hadisə mayın 10-da yerli vaxtla saat 00:01 radələrində Nikşəhr-İranşəhr magistral yolunda avtomobilləri yoxlayan polis qərargahı yaxınlığında baş verib.


“Polis əməkdaşlarımız “Pejo 405” matkalı minik avtomobilin sərnişinlərindən şübhələnərək onları dayandırmağa çalışıblar. Avtomobil sürücüsü polisin əmrinə tabe olmayaraq 
Sürəti artiraraq qaçmağa başlayıb. Əmkdaşlarımız isə həmin avtomobilin izinə düşərək onu dayanmağa vadar ediblər. 


Lakin şübhəli şəxslər avtomobildən düşən kimi odlu silahlarla onları təqib edən polis maşınına bir neçə dəfə atəş açıblar. Atəş nəticəsində polis əməkdaşı Sadıq Kərimi Nədimi başından güllə yarası alaraq yerindəcə keçinib, digər bir əməkdaşımız isə yaralanıb.


Hücumçular hadisə yerindən qaça biliblər. Hazırda onları yaxalamaq üçün axtarış əməliyyatına başlanılıb”, -deyə Sistan-Bəlucistan əyaltinin hüquq-mühafizə qüvvələrinin komandanı Əhməd Tahiri bildirib. 

یکی از تکاوران پلیس سیستان و بلوچستان به شهادت رسید

Sistan-Bəlucistan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Əhməd Tahiri

 

Xatırladaq ki, bu, ötən bir həftə ərzində Sistan-Bəlucistanda hökumət qüvvələri ilə müxalif bəluclar arasında baş vermiş dördüncü insidentdir. 


Mayın 4-də Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərinin Kəruzdep  kəndində 3 müxalif bəluc fəalı “Sepah” qüvvələri tərəfindən mühasirəyə alınaraq odlu silahlardan açılan atəş nəticəsində öldürülüb. 


Mayın 5-i axşam saat 17:55 radələrində isə Sistan-Bəlucistan əyalətinin Zəhək şəhəri yaxınlığında narkotik qaçaqmalçılığına qarşı mübarizə polisinin rəisi Mehdi Şəhrəki naməlum yaraqlı dəstə üzvlərinin silahlı hücumunda qətlə yetirilib. 


Hadisədən az sonra naməlum bir bəluc qrupu bəyanat yayaraq, bir gün əvvəl hökümət qüvvələrinin öldürdüyü 3 bəluc fəalının qisasını almaq üçün polis rəisini qətlə yetirdiklərini bildirib.  


Mayın 7-si axşam saatlarında Nikşəhr şəhərinin tabeliyində olan Hiçan kəndində naməlum yaraqlılar odlu silahlardan atəş açaraq, “Sepah”a bağlı “Bəsic” qərargahının komandiri Xudabəxş Qərib və qurumun digər üzvü olan Müslüm Dürzadəni qətlə yetiriblər.  


Qeyd edək ki, Pakistanla həmsərhəd olan və İranın ən yoxsul və baxımsız əyaləti sayılan Sistan-Bəlucistan əyalətində sünni məzhəbli bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə aparan yerli bəluc təşkilatlarının fəalları ilə hökumət qüvvələri arasında vaxtaşırı silahlı insidentlər yaşanır.
 

Məhz buna görə də son illər əyalətdə baş verən silahlı qarşıdurmalar nəticəsində hər iki tərəfdən çoxlu sayda insan həyatını itirib. 

یکی از تکاوران پلیس سیستان و بلوچستان به شهادت رسید - ایرنا

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24