İranın Sistan-Bəlucistan əyalətində naməlum yaraqlıların hücumunda daha 3 “Sepah”çı öldürülüb

2021-02-17 15:48

İranın Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərində naməlum yaraqlı dəstə üzvlərinin hücumunda daha 3 “Sepah”çı öldürülüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, “Sepah”ın İranın cənub-şərqindəki quru qüvvələrinin “Qüds” Qərargahının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Qasım Həsənzadə bu gün mediaya açıqlamasında məlumat yayıb. 


O deyib ki, “Sepah”çılar bölgədə reyd keçirərkən naməlum yaraqlıların hücumuna məruz qalıb: “Naməlum yaraqlıların hücumunda 3 “Sepah”çı həlak olub, 1-i  yaralanıb. Atışma nəticəsində hücumçulardan 2-si də öldürülüb. Hazırda hücumçuları tutmaq üçün bölgədə axtarış əməliyyatına başlanılıb”, -deyə “Sepah”ın Sistan-Bəlucistandakı quru qüvvələrinin “Qüds” Qərargahının ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Qasım Həsənzadə bildirib. 


“Sepah” rəsmisi yaraqlıların hansı bəluc təşkilatının üzvləri olduğunu açıqlamayıb. 


3 “Sepah”çının Sistan-Bəlucistanda naməlum yaraqlıların hücumunda həlak olması xəbəri, İran Kəşfiyyat Nazirliyinin həmin əyalətdə 3 əməkdaşının naməlum yaraqlı şəxslərin oxşar hücumunda öldürülməsi xəbərinin yayılmasından bir gün sonraya təsadüf edib.

Картинки по запросу "وزارت اطلاعات جمهوری اسلامی ایران در حل جدول"

Fevralın 16-da İran Kəşfiyyat Nazirliyinin 3 əməkdaşı Sistan-Bəlucistan əyalətinin Çabəhar şəhərində öldürülüb.

 
Nazirliyin yaydığı bəyanatda bildirilir ki, ETTELAAT əməkdaşları Sistan-Bəlucistan əyalətində yerli “mütəşəkkil cinayətkar bandalar”dan biri haqqında informasiya toplayarkən qətlə yetiriliblər.


Bəyanatda, ETTELAAT əməkdaşlarının adları və onların kimlər tərəfindən öldürüldüyü barədə məlumat verilməyib.


Qeyd edək ki, İranın Sistan-Bəlucistan əyalətinin əhalisinin əksəriyyətini yerli sünni məzhəbli bəluclar təşkil edir. Sünni məzhəbli bəluclar hökumətin onlara qarşı ayrı-seçkilik siyasətindən, onların milli və dini hüquqlarını tanımamasından naraatdır. Məhz həmin səbəbə görə də, son illər bəlucların milli və dini hüquqları uğrunda mübarizə aparan yerli bəluc təşkilatları ilə hökumət qüvvələri arasında baş verən qanlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu sayda insan həyatını itirib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Gürcüstan arasında yeni sənədlər hazırlanır

2021-05-05

gun az article

Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib

2021-05-05

gun az article

Antoni Blinken: “İranda hər şey haqqında əsas qərarı Xamneyi verir”

2021-05-05

gun az article

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

2021-05-05

gun az article

Rusiyalı deputat: “Ağdamda gördüklərim hərbi cinayətdir”

2021-05-05

gun az article

İranda koronavirusdan daha 349 nəfər ölüb, 15 872 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-05

gun az article

Sistan-Bəlucistanda insident: İki sünni bəluc SEPAH silahlıları tərəfindən güllələndi

2021-05-05

gun az article

“Yol ver türkün bayrağına”-İstiqlal şairinin anım günüdür

2021-05-05

gun az article

İranın Rəzəvi Xorasan əyalətində axşam şənliyinə qatılan 16 qadın və kişi həbs edilib

2021-05-05

gun az article

Gürcüstanın Baş naziri Azərbaycana gəlib

2021-05-05

gun az article

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

2021-05-05

gun az article

Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti üzrə sərnişin daşımaları bərpa edilir

2021-05-05

gun az article

Xınalığa qar yağıb

2021-05-05

gun az article

Mübariz İbrahimov küçəsi təmir olunur - FOTOLAR

2021-05-05

gun az article

Baş stomatoloq əhalini peyvənd vurdurmağa çağırıb

2021-05-05

gun az article

Qorxmaz Hüseynov “Azərsu” ASC-nin sədri vəzifəsindən azad edilib

2021-05-04

gun az article

ÜST həyəcan təbili çaldı - COVID-19-dan ölənlərin sayı artıb

2021-05-05

gun az article

Əfqanıstanda həkimləri daşıyan avtobus partladılıb, ölən və yaralananlar var

2021-05-05

gun az article

Xalq şairi Fikrət Qoca vəfat edib

2021-05-05

gun az article

XİN: Ermənistanın Şuşada aparılan təmir işləri ilə bağlı iddiaları əsassızdır

2021-05-04