SON XƏBƏRLƏR

İranın tarixi atlasında Azərbaycan adlı ölkə yoxdur.MÜSAHİBƏ

2021.10.20, 07:36
İranın tarixi atlasında Azərbaycan adlı ölkə yoxdur.MÜSAHİBƏ

Gunaz.tv
"İranın tarixi atlasında Azərbaycan adlı ölkə yoxdur" "İranın tarixi atlasında Azərbaycan adlı ölkə yoxdur" "Tariximizi doğru-düzgün, ilk mənbələrə əsaslanaraq araşdırmalıyıq. Bu kiminsə xoşuna gəlmirsə, bu onun öz problemidir" "Ərəb xilafətinin süqutundan sonra Cənubi Qafqaz və Yaxın Orta Şərq regionunda Azərbaycan dövlətləri hökmranlıq ediblər... Elman Cəfərlinin Müsahibəsi Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Yaqub Mahmudov ilə Azərbaycan sülalələri İranın mədəniyyətini, fars dilini qoruyublar" Azərbaycan Milli Elmlər Akdemiyasının Tarix İnstitutu son illər Sovet dövründə saxtalaşdırılmış Azərbaycan tarixinin gerçək məqamlarının üzə çıxarılması istiqamətində bir sıra uğurlu addımlar atıb. Onlardan biri də Azərbaycan tarixi atlasının nəşr edilməsidir. Tariximizin müxtəlif dövrlərini əhatə edən 50 xəritənin əks olunduğu atlasın nəşri ciddi rezonans doğurdu. Yaqub Mahmudov deyir ki, bu istiqamətdə işlər hələ ötən əsrin 60-cı illərindən başlanıbmış. Amma ermənilər və Azərbaycan tarixini saxtalaşdıran Sovet imperiyasının ideoloji rəhbərləri buna imkan verməyiblər. Bizimlə söhbətində Yaqub müəllim ötən əsrin 60, 70-ci illərində ermənilərin Azərbaycanın gerçək tarixini üzə çıxarılmasına törətdiyi maneçiliklərdən, yenicə nəşr olunmuş atlasa görə Tarix İnstitutunun üzləşdiyi təzyiqlərdən danışdı. - Yaqub müəllim, Azərbaycan tarixi atlasının nəşrinə görə, müxtəlif dairələrdən, özəlliklə də İran tərəfindən müxtəlif təpkilər gəldi. Bu təgkilər başladığınız işləri yarımçıq saxlamağa səbəb olmayacaq ki? - Bu təzyiqlər, bundan daha ağır təzyiqlər məni yolumdan öndərə bilməz. Çünki mən Azərbaycan xalqının milli tarixi atlasının nəşri məsələsinə bizim böyük mütəfəkkirmiz Rəsul Rza ilə hələ ötən əsrin 60-cı illərində başlamışıq. Azərbaycan Sovet Ensiklopediyasının nəşri zamanı məlum oldu ki, bizim Səfəvilər dövlətinin cənub sərhədləri göstərilməyən yarımçıq xəritəsindən başqa heç bir tarixi xəritəmiz yoxdur. O vaxt Rəsul Rza Ukrayna Ensiklopediyasının baş redaktoru ilə danışılar apardı və onun fəal köməyi ilə 6 ay Kiyevdə qalaraq 13 xəritə buraxdıq. O zaman SSRİ-nin yeganə müttəfiq respublikası idi ki, tarixi atlası yox idi. Ermənilərin, gürcülərin bir neçə dəfə tarixi atlası nəşr olunmuşdu. Təbii ki, İranın dəfələrlə tarixi atlası nəşr olunub. Bu regionda təkcə bizim tarixi atlasımız çıxmamışdı. Bu işi görməyə başlamazdan əvvəl, 50-ci illərdə Tarix İnsititunda tarixi atlasımız hazırlanıb. O zaman içəridə olan bəzi qüvvələrin təzyiqi və təkidi ilə onu İrəvana rəyə göndərmişdilər. Azərbaycan tarixinin ən qəddar saxtakarlarından Yeremyan mənfi rəy verib o atlası məhv etdirmişdi. Rəsul Rzanın başçılığı ilə müəyyən etdik ki, SSRİ-də təkcə Kiyev xəritə fabrikində ermənilərin inhisarı yoxdur. 13 xəritəni də orada çap etdirdik. Amma təəssüf ki, içərmizdəki bəzi "ziyalılar" o zaman ensiklopediyada göbrülən milli ruhlu işlərin, xüsusən biz cümhuriyyət tarixini olduğumuz kimi təqdim etmək istəyirdik, Əhməd bəy Ağayev haqqında məqalələr daxil etmişdik-Moskvaya müraciət etdilər. Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş Stepan Şaumyanın oğlu Levon Şaumyan o zaman SSRİ-nin ideologiyasına rəhbərlik edənlərdən biri idi. Sovet Ensiklopediyasının baş redaktorunun birinci müavini idi. Onu Azərbaycana gətirdilər. Və bu xəritələrlə bağlı mübahisələr başladı. Mübahisələr də içəridən qaldırdılar. Təzədən İrəvana müraciət etdilər. Guya biz ermənilərdən torpaq istəyirik. Beləliklə, o zaman o xəritələri biz təcili olaraq Rəsul Rzanın rəhbərliyi ilə, mən də baş redaktorun elmi işlər üzrə müavini idim, çap edib Azərbaycan SSR xəritələri adı ilə yaydıq. Həm Azərbaycanca, həm də rusca. O vaxt bizim məsələmiz dəfələrlə qaldırıldı. Amma bizim bəxtimizdən o zaman Azərbaycanda Heydər Əliyevin hakimiyyətinin birinci dövrü başlanmışdı. O zaman bizi ləkələyə bilmədilər. Özünün milli ruhlu, düşünülüş mövqeləri ilə Heydər Əliyev bizi müdafiə etdi, heç bir partiya töhməti də almadıq. Xəritə də o aman satışa buraxıldı. Ancaq daxildəki qüvvələrin ürəyi soyumadı, bunu milli atlas halında nəşr etdirməyə imkan vermədilər. Bu proses davam etdi. Mən çox məmnunam ki, ötən əsrin 60-cı illərində başladığımız bu işi Tarix İnsititutunda başa çatdıra bildik. Mən özümə böyük etimad hesab edirəm ki, Tarix İnsititutu kimi ölkəmizin ideoloji beyni olan bir müəssisəni mənə etibar etdilər. Mən də özümə borc bildim ki, Azərbaycanın tarixini doğru-düzgün əks elətdirməkdən ötrü, xalqımızın öz tarixinə sahib çıxmasından ötrü cild-cild, qalaq-qalaq kitab yazılması ilə yanaşı bu xalqın pasportu olmalıdır. Xalqın pasportu isə onun tarixi xəritələridir, tarixi atlasıdır. 650-cı illərdə başlaığımz işi mən Tarix İnsititutuna direktor təyin olunandan az sonra davam etdirdim. Və tariximizin müxtəlif dövrələrini əhatə edən 50 xəritə daxil etdim. Təzyiqlərlə bağlı bildirmək istəyirəm ki, onların heç bir elsmi əsası yoxdur. Hər bir xalqın öz tarixini müstəqil surətdə işləmək haqqı var. Azərbaycan Respublikası müstəqil dövlətdir, biz Heydər Əliyevin azərbaycançılıq ideyalogiyasını əsas tutaraq tariximizi doğru-düzgün, ilk mənbələrə əsaslanaraq araşdırmalıyıq. Bu kiminsə xoşuna gəlmirsə, bu onun öz problemidir. - Məsələyə İran alimləri ilə yanaşı parlamentariləri də sərt reaksiya verdilər... - Biz buna çox təəssüflənirik. Azərbaycan regionda yeganə ölkədir ki, bu atlasa qədər toplu halında tarixi xəritəsi çap olunmamışdı. İran parlamentarilərinin etirazları yersizdir. Biz onlara müvafiq cavab vermişik. Və biz bu gün də təəssüf edirik ki, elmi məsələyə mehriban qonşuluq münasibətlərimiz olan İranda parlament üzvləri müdaxilə edirlər. Bu, yolverilməz haldır! Parlament ölkənin öz xüsusiyyətlərinə uyğun olaraq, ümumbəşəri dəyərlərə söykənən qanunlara hazırlayır. Qanun hazırlayanların elmə müdaxilə etməsi gülüş doğuran bir məsələdir. Hər bir ölkə milli tarixi atlası nəşr etdirə bilər. İranın dəfələrlə milli tarixi atlası nəşr olunub. Hazırda İranın tarixi atlası mənim əlimdədir. Burada Azərbaycan adlı bir ölkə yoxdur. Bu atlasda Azərbaycan tarixi İran tarixi kimi təqdim edirlər. Biz heç buna reaksiya verməmişik. Buna müdaxilə etmək fikrimiz də yoxdur. Çünki bu ölkənin alimləri Azərbaycan ərazilərini öz əraziləri kimi təqdim edərkən nə bizimlə məsləhətləşiblər, nə elmi məsləhət gəliblər. Biz də bu məsələyə müdaxilə etmirik. Amma İranın tarixi atlasında Azərbaycan tarixinin İran tarixi kimi verilməsi dözülməz haldır! Mən buna bir alim olaraq kəskin etirazımı bildirirəm. Ərəb xilafətinin süqutundan sonra 1925-ci ilə qədər bütün bu Cənubi Qafqaz və Yaxın Orta Şərq regionunda həmişə Azərbaycan dövlətləri hökmranlıq ediblər. Azərbaycan sülalələri bu regionu idarə ediblər. Azərbaycan sülalələri İranın özünün idarə ediblər, mədəniyyətini qoruyublar, fars dilini qoruyublar. Bunu inkar eləmək yolverilməzdir, elməd bu gülünc bir məsələdir. Bizim tarixi tədqitaqtlarımıza, tarixi atlasımıza İran alimlərinin etirazı varsa, buyurub gəlsinlər, istənilən vaxt onları Tarix İnstitutunda qəbul etməyə hazırıq. Fikir mübadiləsi aparaq, ümumi razılığa gələk, müştərək qərarlar qəbul edək. Bu alimlərin işidir. İran alimlərindən isə bu günə qədər heç bir etiraz almamışıq. Parlamentarilərin, dövlət adamlarının bu işə qarışması doğru deyil. Dünyada qloballaşma gedir, xalqlar öz tarixini yaradırlar. Biz Sovet imperiyasından qurtulmuşuq, müstəqil dövlət olmuşuq. Belə çıxır ki, müstəqil Azərbaycan dövləti öz tarixi atlasını nəşr etdirə bilməzğ İran tarix kitablarında, xəritələrində göstərilir ki, guya bura Azərbaycan deyil, "Şimali İran ərazisidir". Buyurub bizim xəritələrimizlə tanış olsunlar. Tarixi faktlar ortadadır. Ərəb xilafətinin süqutundan sonra bütün regionlarda mühüm rol oynayan Sacilər, Şirvanşahlar, Şəddadilər, Rəvvadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlət kimi böyük Azərbaycan dövlətləri olub. Bu dövlətlər həm regionun, həm də dünyanın tarixində mühüm rol oynayıblar. Ona görə də bu dövlətlərin tarixini Azərbaycan xalqının əlindən heç kəs ala bilməz. Bütün dünya bilir ki, Səfəvilər, Qacarlar Azərbaycan türk sülalələridir. Bunu Azərbaycanın tariixindən necə silib atmaq olarğ Səfəvi sülaləsinin banisi Şeyx Səfi dünyasını dəyişərkən deyir ki, "mənim tabutumu yerdən görürərkən bilin ki, türk oğlu türkü dəfn edirsiniz". Bu sülalələnin nümayəndələriidir Şah İsmayıl, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas. Bunlar bütün Azərbaycan və İran ərazisini idarə ediblər. Amma İranın heç bir şəhərini, abidəsini dağıtmayıblar. Şah Abbas İsfahanda böyük bir saray kompleksi yaradıb. Digər türk sülalələri də İran ərazisini xarici işğallardan qoruyublar. - İran alimləri belə bir fikir səsləndirirlər ki, "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə "Rusiya İranın şimalını işğal etdi, İrandan ayırdı"... - Bu iddia gülücndür, tarixdən xəbərsizlikdir. Bilərəkdən tarixi inkar etməkdir. Mən də İran parlamentarilərinə sual vermək istəyirəm ki, Gülüstan və Türkmənçay müqavilələrindən əvvəl Arazdan cənuba bizim xanlıqlarımız vardı, Təbriz, Urmiya, Xoy, Qaradağ, Marağa, Ərdəbil xanlığı, bunlar hamısı Azərbaycan xanlıqlarıdır. Bəs o Azərbaycan xanlıqları necə olduğ Onlar sözügedən müqavilələr nəticəsində iki imperiya arasında bölüşdürüldü. Şimal xanlıqlarımız Rusiyaya qatıldı, cənubdakılar isə İrana birləşdirildi. Bu gerçək tarixdir. Biz də atlasımızda, nə də digər tədqiqatlarımızda heç kəsə ərazi iddiası irəli sürmürük. Azərbaycan dövləti sivil bir dövlətdir, Heydər Əliyev bu siyasəti formalaşdırıb, Azərbaycan prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bizim heç bir ölkəyə, xalqa, o cümlədən qonşularımıza ərazi iddialarımız yoxdu. Amma biz tariximizdən imtina edə bilmərik. Biz tariximizi olduğu kimi yazmayılıq. Əgər uzun müddət Azərbaycanın mədəniyyət mərkəzi, Azərbaycan dövlətlərinin paytaxtı Təbriz olubsa, Təbrizin tarixində bəhs etməliyik. Azərbaycanın bayatılarından tutmuş bütün mənəvi dünyası Cənubi Azərbaycanla bağlıdır. Ona görə də bu atlasın çıxması heç kəsi narahat etməsin. Elman Cəfərli/olaylar/ butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar