SON XƏBƏRLƏR

İranın Təbəs şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Təbəs şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, il yarım əvvəl İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhərində ailədaxili ixtilaflara görə öz sahibkarını və onun həyat yoldaşını qətlə yetirən gənc qatil, yanvarın 24-ü, sübh saatlarında Təbəs zindanında dara çəkilib. Edam edilən məhkumun adı mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar