İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23 14:53

22 Noyabr Bazar günü, ölkənin müxtəlif əyalətlərində onlarla Bəhayi vətəndaşın evlərində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılıb.

Gunaz.tv Quote | Gunaz article

Axtarışlar zamanı məmurlar vətəndaşların fərdi əşyalarına, o cümlədən noutbuklarınaa, mobil telefonlarına, fərdi kompüterlərə və Bəhayi dini ilə əlaqəli kitablara əl qoyublar.

 

Təhlükəsizlik agentlərinin 22 noyabr günü səhər saatlarında Tehrandakı Riyazullah Sübhani, Niki Xancani, Ataullah Əşrəfi, Huma Etimadi, Şahrox Taif, Əfif Nəimi və xanım Hikmət Şüar'ın evlərində axtarış apardıqları bildirilir. Lakin bu şəxslərin həbs edilməsi barədə məlumat verilmeyib.

 

Əlburz, İsfahan və Mazandaran əyalətlərində də oxşar hücumların olduğu bildirilir.

 

Mədəni fəal Şiva Nəzər Ahari, Twitter hesabında hücumları təsdiqləyərək, təhlükəsizlik agentlərinin bazar günü bir çox bəhayinin evlərinə "basqın" etdiyini, noutbuk, telefon, iPad və s. Kimi pul və əşyalarını götürdüyünü söyləyib. "

 

"Herana" veb saytı ən azı 30-50 Bəhayi evinin təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldığını bildirir.

Bəhayi vətəndaşların evlərinə edilən bu yeni basqının səbəbləri məlum deyil.

Bir çox evlər axtarış hökmü olmadan axtarılmışdır.


Qeyd etmək lazımdır ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.


İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Miyana bölgəsində zəlzələ baş verib

2021-01-17

gun az article

Heyran gədiyində meşə yanğını davam edir+video

2021-01-17

gun az article

Bu gün axşam azərbaycanlı siyasi dustaq Yusif kariyə dəstək üçün Twitter fırtınası başladılacaq

2021-01-17

gun az article

İran Daxili İşlər Nazirliyi qeyri-fars yazılarla bağlı sərəncam yayıb

2021-01-17

gun az article

Ərdəbildə siyasi məhbusa dəstək: siyasi məhbus aclıq aksiyası keçirir

2021-01-17

gun az article

GünazTV Jan.16.2021 : Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.

2021-01-16

gun az article

Güney Azərbaycanın bir sıra bölgələrində kaneks məktəbləri külək üçürüb+video

2021-01-16

gun az article

Qəzvində azərbaycanlı məhbus edam edilib

2021-01-16

gun az article

Bələdiyyə başçısının həbsindən sonra Urmu şəhərinin fərmandarı işdən çıxarıldı

2021-01-16

gun az article

14 il həbsə məhkum edilən azərbaycanlı məhbus: Kəşfiyyat idarəsi İranın məhkəmə sistemini girov götürüb+səs

2021-01-16

gun az article

Edama məhkum edilmiş azərbaycanlı alimin anası oğlunun günahsız olduğunu deyir

2021-01-16

gun az article

Milli fəal quru aclıq aksiyası keçirəcəyini deyib

2021-01-16

gun az article

GünazTV Jan.15.2021-Azadlıq səsi: Güney Azərbaycanın durumu

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Körpü: Moskvada Üçlü Görüş və Qarabağın Gələcəyi, Qarabağ Savaşının Güney Azərbaycanlı Məhkumları

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Paylaşım programı, 22-ci Bölüm.

2021-01-15

gun az article

Marağada iki azərbaycanlı fəalla qarşı cinayət işi açılıb

2021-01-15

gun az article

Human Rights Watch Güney Azərbaycan milli fəallarına qarşı basqıları pisləyib

2021-01-15

gun az article

Qızıl mədənləri yanında içməli suyu olmayan Azərbaycan kəndləri

2021-01-15

gun az article

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb

2021-01-15

gun az article

Təbriz və Ərdəbil həbsxanalarında 3 nəfər edam edilib

2021-01-15