İranın təhlükəsizlik qüvvələri Xuzistanda ərəb kəndlilərə atəş açıb- VİDEO

2020-08-27 13:37

İranın təhlükəsizlik qüvvələri Xuzistanın kasıb kəndlərindən birinin əhalisinə qarşı qırma güllələrdən istifadə etməklə atəş açıb.

Gunaz.tv Quote | Gunaz article

"Əhvaz İnsan Haqları Təşkilatı"nın dünən yaydığı videoda, həmin qırma güllələrin Əhvazın Əbülfəz kəndinin sakinlərindən bir qrupunun bədənlərində qaldığı izləri müşahidə edilir. 


Bildirilir ki, "Müstəzafan Fondu" kəndlilərə torpaqlarının fonda aid olduğunu deyib, ələ keçirmək istəyir. Buna görə də kənd sakinlərindən bir qrupu etiraz aksiyası keçirib. Lakin əraziyə gələn təhlükəsizlik qüvvələri onlara qırma güllələrdən atəş açıb, bir neçə kəndlini də həbs edib. 

 


"Müstəzafan Fondu"nun sözügedən kəndin sakinlərinin torpaqlarını ələ keçirməyə çalışması Tehranda çap edilən "Şərq" qəzetinin dünənki nüsxəsində də öz əksini tapıb. 


Qəzetin xəbərində deyilir ki, 300 ailənin yaşadığı Əbülfəz kəndinin sakinlərinin əllərində yaşadıqları bölgələrdəki torpaqların 40 ildən artıqdır ki, onlara məxsus olmasını təsdiq edən sənədlər var. Amma "Müstəzafan Fondu" torpaqların özünə məxsus olduğunu iddia edərək, həmin kəndə dövlət xidmətlərinin göstərilməsi və kənd kodunun verilməsinə əngəl törədir. 


Qəzet qeyd edir ki, çox kasıb vəziyyətdə yaşayan Əbülfəz kəndinin sakinlərin əsas sualı budur ki, "Müstəzafan Fondu"nun vəzifəsi iddia edildiyi kimi, kasıb təbəqənin vəziyyətini araşdırmaqdısa, onda onların torpaqlarını niyə ələ keçirməyə çalışr?


Qeyd etmək lazımdır ki, müdiri "dini lider" Əli Xamneyi tərəfindən təyin edilən "Müstəzafan Fondu" İranın ən böyük iqtisadi qurumlarından biri hesab edilir. 

 


Bir müddət əvvəl fondun müdiri Pərviz Fəttah televiziyalardan birinə qalmaqallı müsahibə vermişdi. O bildirmişdi ki, ölkənin bir çox rəsmiləri "Müstəzafan Fondu"na məxsus olan mülkləri geri qaytarmırlar. Pərviz Fəttah bu istiqamətdə Əli Xamneyinin müşaviri Qulaməli Hüdad Adilin adını çəkərək, onun 300 milyard tümən dəyəri olan məktəbi fonda geri qaytarmadığı demişdi. Lakin bir neçə gün sonra Pərviz Fəttah verdiyi müsahibədə səsləndirdiyi fikirlərin "yanlış" olduğunu iddia edib, buna görə üzr istəmişdi. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanda son sutkada 2057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

2021-05-06

gun az article

İranın Hormozqan əyalətində tikilmiş yeni raket bazasının peykdən çəkilmiş şəkilləri yayılıb - FOTO

2021-05-06

gun az article

İraqın baş nazirinin göstərişi ilə Bağdadda qaldırılan İran rəhbərlərinin şəkilləri yığışdırılıb

2021-05-06

gun az article

Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı”nı tanımasını rədd edirik

2021-05-06

gun az article

Ermənistanın Qarabağ məğlubiyyəti: 1580 cinayət işi açılıb, 628 nəfər istintaqa cəlb edilib

2021-05-06

gun az article

Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq

2021-05-06

gun az article

İranda koronavirusdan daha 338 nəfər vəfat edib, 18 409 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-06

gun az article

Prezident: "Gələn il Türk Şurasına sədrlik Qırğızıstana keçəcək"

2021-05-06

gun az article

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin rəisi təyin edilib

2021-05-06

gun az article

Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edilib

2021-05-06

gun az article

Sergey Lavrov: "Qarabağda vəziyyət normallaşıb"

2021-05-06

gun az article

"İranda koronavirusun mutasiya etmiş Hindistan və Afrika ştammlarına yoluxma halları aşkarlanıb”-Səhiyyə naziri

2021-05-06

gun az article

Ağdamın Qarapirimli kəndi - VİDEO

2021-05-06

gun az article

Səhiyyə naziri əvəzi: "Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir"

2021-05-06

gun az article

Bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq-QƏRARGAH

2021-05-06

gun az article

Yaqut Qarayeva: "Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır"

2021-05-06

gun az article

Sistan-Bəlucistanda silahlı insident: Polis rəisi öldürüldü

2021-05-06

gun az article

Azərbaycanda şirkət qızıl təyyarə almaq üçün tender elan etdi

2021-05-06

gun az article

Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb-RƏSMİ

2021-05-06

gun az article

Zəngilan aeroportunun ərazisində 7.6 hektar ərazi mina və PHS-dən təmizlənib

2021-05-06