SON XƏBƏRLƏR

İranın Təhsil Naziri istefa verib

2021.10.20, 07:36
İranın Təhsil Naziri istefa verib

Gunaz.tv

GünAz TV: İranın Təhsil Naziri Məhəmməd Bəthayinin istefa verdiyi barədə məlumatlar yayılıb.

 

Məlumatlara əsasən, o, hökumət kabinetinin son iclasında öz istefa ərizəsini prezident Həsən Ruhaniya təqdim edib.

 

İran media orqanları Təhsil Nazirinin istefasının səbəblərini fərqli göstərirlər. Bəzi KİV-lər Məhəmməd Bəthayinin “şəxsi məsələlərə”, digərləri isə dövlətin onun müəllimləri kateqoriyaya bölməklə bağlı planını dəstəkləməməsi və təhsil işçilərinin gecikmiş əmək haqlarının ödənməməsinə görə bu qərarı verdiyini bildirirlər.

 

Bəzi xəbər agentliklərində dərc edilən məlumatlara görə isə, Təhsil Naziri qarşıdakı parlament seçkilərində namizədliyini irəli sürə bilmək üçün istefa verib.

 

Xatırladaq ki, son aylar ərzində İran Milli Məclisinin deputatları Təhsil Nazirinin parlametə çağırılaraq, sorğu-sual edilməsini tələb edirdilər. Məhəmməd Bəthayinin nazirliyi dövründə onlarla müəllim ifadə azadlığına görə həbs edilib, eləcə də onların bir neçə aylıq əmək haqları verilməyib. Son aylar ərzində bu və digər səbəblərə görə, İranın müxtəlif şəhərlərində təhsil işçilərinin etiraz aksiyaları keçirilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar