SON XƏBƏRLƏR

İranın üç şəhərində daha 4 nəfər edam edilib

2021.10.20, 07:36
İranın üç şəhərində daha 4 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qəsdən adamöldürmədə, silahlı basqında və quldurluqda günahlandırılan daha 4 nəfər edam edilib. Edamlar, Bəndər Abbas, Zahidan və Qorqan şəhərlərində həyata keçirilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş iki şəxsdən biri, mayın 13-ü sübh saatlarında Bəndər Abbas şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Bu şəxsin adı mediaya açıqlanmayıb. Həmin gün, Vahidbəxş Kusə adlı 45 yaşlı daha 1 müttəhim, eyni ittihamla Zahidan şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. O, 6 il əvvəl törətdiyi qətl hadisəsinə görə edam edilib.

 

Həmçinin, son 15 ildə İranın Gülüstan və Mazandaran əyalətlərində mütəşəkkil cinayətkarlıqla məşğul olan, həmin müddətdə vətəndaşlara qarşı quldurluq edərək 13 şəxsi qətlə yetirən və silahlı basqın yolu ilə oğurluqla məşğul olan 6 nəfərdən ibarət banda üzvlərindən 2-si, mayın 13-də  Qorqan şəhərinin zindanında dara çəkilib.

 

Edam edilən həmin şəxslərin adları açıqlanmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

                                      Banda üzvləri

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar