SON XƏBƏRLƏR

İranın Urmiya şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Urmiya şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameraya köçürülən müttəhim Cahangir Nocəvan, iyulun 27-i sübh saatlarında həbsxananın həyətində dara çəkilib. O, 5 kiloqram həcmində olan narkotik maddə qaçaqmalçılığında təqsirli bilinib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar